Menu

Kremldən Ermənistan və Azərbaycana çağırış - Peskovdan açıqlama

07.11.2022, 14:19
Kremldən Ermənistan və Azərbaycana çağırış - Peskovdan açıqlama

"Rusiya Ermənistan və Azərbaycanı iki ölkə arasında sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırır".

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırmaqda davam edirik”, - deyə Peskov Kremlin Ermənistan və Azərbaycan arasında atışmanın yenidən başlaması xəbərinə necə reaksiya verdiyi ilə bağlı sualı belə cavablandırıb.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-11-07 14:37:41

44 günlük müharibədən sonra gərginliyi artırmaq barədə yox,qaçıb orda-burda gizlənmək barədə düşünürdü ermənistan.Bu iki ildə niyə ermənistanı yenidən sərhəddə gərginlik yarada biləəcək hala gətirdin ki,indi də guya bundan narahat olursan?Odur ki donqililik eləmə və icazə ver səmimiyyətindən şübhələnək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol