DTX-dan NAXÇIVANLA BAĞLI AÇIQLAMA - "Təxribat xarakterli məlumatlar yayımlanır"

Sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı açıqlamada bildirilib.

"Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Bildiririk ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır", - məlumatda bildirilib.

635x100

Şərhlər

Vuqar Məmməd.oglu 2022-11-07 19:02:52

Elə xəbər yayanları sərt və amansız şəkildə cəzalandırmaq lazımdır, fars qulbecələri anlamalıdırlar ki, indi hamı irəli sivilizasiyaya can atır kim 21 əsrdən 19 əsrə geri dönmək istiyər ki!

Vətəndaş 2022-11-07 18:03:32

Fars şovinistlərinin başı Dəmir yumruq ✊ üçün qaşınır. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Türkiyə qardaşlığı və birliyi! Yaşasın Azərbaycan İsrail dostluğu və əməkdaşlığı! Fars rejiminə LƏNƏT OLSUN!

SEYİD ƏNHU 2022-11-07 17:54:44

İT OLUB HÜRMƏK İRANA VƏTƏNDAŞ OLMAQDAN YAXŞIDIR.

Son yazılar