İRAN AÇIQ DÜŞMƏNÇİLİYƏ KEÇDİ - Şirazdakı terror aktında Azərbaycanın əli olduğunu iddia etdi

Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub. 

Bu barədə noyabrın 7-də İranın İnformasiya və Kəşfiyyat Nazirliyi məlumat yayıb və Azərbaycanı oktyabrın 26-da Şiraz şəhərin məscidində azı 13 nəfərin həlak olduğu terror aktını təşkil etməkdə ittiham edib.

“Hazırda 26 nəfər həbs olunub, onların hamısı qeyri-İran vətəndaşıdır. Hücumun əsas koordinatoru Azərbaycan Respublikası vətəndaşı olub. Həbs olunanların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir.

“Ölkə daxilində əməliyyatların idarə edilməsində və əlaqələndirilməsində əsas koordinator Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan İmam Xomeyni hava limanına gələn Azərbaycan Respublikasının vətəndaşı olub.

Bu şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici orqana çatması barədə məlumat verib. O, Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə dərhal İŞİD-in xarici vətəndaşlar şəbəkəsi ilə əlaqə saxlayıb və Tehranda olduğunu bəyan edib.

Məsciddə insanlara atəş açan terrorçunun “Əbu Aişə” ləqəbli Tacikistan vətəndaşı olduğu bildirilir”, - məlumatda deyilir.

Beləliklə, Tehran ilk dəfə Bakını İran ərazisində terror aktı təşkil etməkdə ittiham edib. Bu iddialar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycanda terror aktları hazırlayan iranyönlü silahlı qrupları həbs etməsindən bir neçə gün sonraya təsadüf edib.

Rəsmi Bakı Tehranın son ittihamına hələ ki, cavab verməyib.

(Turan)

635x100

Şərhlər

Moshu 2022-11-08 22:41:58

Təbiət insanı bir fərd olaraq müəyyən ziddiyətlərlə, müəyyən xüsusiyyətlərlə yaradıb. Belə ki, insan var ki, xeyixah əməllərilə fərqlənir, gördüyü işdən zövq alır, son nəticədə bunun müsbət nəticələrini görür. İnsan da var ki, işi gücü ev yıxmaq, ona buna pislik etmək uğrunda çarpışır. Dövlətlər rə belədir. Nadir dövlət tapılar ki, demokratiya uğrunda mübarizə aparsın, qonşu dövlətlərlə qonşuluq münasibətləri yaratsın. Məs., uzağa getməyək, elə qonşu Rusiyanı götürək. Rusiya bir dövlət kimi SSRİnin varisidir. Böyük Vətən müharibəsində böyük Qələbə Azərbaycanın nefti hesabına başa gəldi. 15 respublikasnın heç biri ölkəmizin çəkdiyi əziyyəti çəkməmişdir. Gəlin görək Azərbaycanın adı hansı təltiflərdə hallanıb? Ən azından Qəhrəman şəhər adına layiq görülmədi. Bu Azərbaycana olan münasibət idi. Bu gün də Azərbaycanın Rusiyaya olan münasibətinin qarşılığında onun ərazisinin işğal olunmasında müstəsna xidmətlərə malikdir. Ermənistan kimi cırtdan dövləti silahlandırıb türkləri, onların qadınlarını, qocalarını, uşaqlarını məhv etdirir. Bu da Rusiyanın Azərbaycana qarşı minnətdarlığı. Bu gün də ölkəmizə qarşı terror əməllərini həyata keçirir. Belə münasibət təkcə Azərbaycana qarşıdırmı? Götürək elə Pribaltika ölkələrinə qarşı, Qazaxstana qarşı, aşılasığmaz dərəcədə Ukraynaya qarşı münasibət, müstəqil dövlətin ərazisini zəbt edəsən, əhalisini qaçqın vəziyyətə salasan, ərazisində referendum keçirəsən, adını əməliyyat qoyasan. Bu son dərəcədə biyabırçılıqdır, hərbi cinayətdir. Rusiyanın satelitlərindən biri də qonşuluqdan uzaq olmuş qonşumuz İrandır. 40 milyona yaxın soydaşlarımızı əsarətdə saxlayan, dilindən, təhsilindən uzaq salan, hüquqlarına hörmət etməyən İran Rusiyanın başqa sifətidir, medalın o biri tərəfi. Ağlım kəsəndən İranla bağlı müsbət heç nə xatırlamıram. Gənc vaxtlarımda İranla bağlı xatirimdə qalan Avropalı gəlin, Mazandaran pələngi, Tormoz Hüseyn, Ququş olub. İranın Azərbaycana qarşı hansısa müsbət addımını xatırlamıram. Qonşu dövlətlərə diş qıcamaq, ərazisinə göz dikmək, əl tulalarını qızışdırıb onu silahlandıraraq Azərbaycanın ərazisinin işğal olunmasdında ona yardımçı olmaq – bu İran mollalarının həyat tərzidir, amallarıdır. Dəqiq tərcüməsini tapa bilmədim, belə ölkəyə rus dilində «ИЗГОЙ» deyirlər. İranda İslam inqilabından sonra savadsız mollalar qonşu İraqla müharibəyə üstünlük verdi, nəticədə İran tərəfdən təxminən 125 000—180 000 nəfər həlak olmuşdur, digər mənbələrə görə 250000 həlak olmuş, 70000 nəfər itkin düşmüşdür. Bu ölkə, əgər demək mümkündürsə hər zaman qaşınır, dünyaya göstərmək istəyir ki, xəritədə belə dövlət var.Bu ölkədəki son hadisələr onu deməyə əsas verir ki, artıq İran yetişib, onun dərilmək vaxtıdır. Azərbaycanın uğurlarını həzm edə bilməyən İran törətdikləri işlərin fərqində deyil.Ermənistanın Təbrizdə, İranın Gorusda konsulluğunun açılması, Azərbaycanın sərhəddində təlim keçirməsi (hansını sadalayasan) İran dövlətinin mahiyyətini, əsl simasını üzə çıxardır. Əhalisinin sayı 1976-cı ildə 31 milyon olan İranın hazırda əhalisi 78 milyondur, onlardan təxminən 40 milyonu azərbaycanlıdırlar. Bu qədər əhalisi olan Türklər niyə bu mollaların əsarəti altında qalmalıdır? Bu 30 ildə bir rəhbər tapılmadı İranın həyasız hərəkətlərinə stop desin. Azərbaycan Prezidentinin İranla bağlı son çıxışından sonra mollalar özlərini tamamilə buraxıblar. Hesab edirəm ki, bir xalq olaraq biz də soydaşlarımıza dəstək olacağıq və Vahid Azərbaycanın dünya xəritəsində yer almasına nail olacağıq. Heç kimin ağlına gəlməzdi ki, Qərbi Almaniya ilə Şərqi Almaniya nə vaxtsa birləşər. Hələ 1999-cu ildə bəzi Alman analitikləribu iki ölkənin birləşməyini özləri üçün böyük problem sayırdılar, çünki Çərqi Almaniyanın bərpası üçün 12 milyard alman frankı tələb olunurdu. Biz isə var-dövlətimizdən keçməyə hazırıq, təki parçalanmış Azərbaycan vahid olsun.

Vüsal 2022-11-07 21:31:20

TÜRK teror etməz, TÜRK düşmənlə açıq meydanda döyüşər. Azərbaycan xalqı terordan çox əziyyət çəkib. Türklərdən fərqli olaraq farslar terora daha meyillidir. İranın yaxın şərqdə çoxlu sayda yaradıqı teror qruplaşması mövcuddur.

dadaşyev 2022-11-07 21:19:02

Bizim xüsusi xidmət orqanlarımız İranın Azərbaycandakı terror şəbəkəsini ifşa etdiyində demişdim ki,İran bizdə nə olursa onu meymun kimi təqlid edən cındır dövlət olduğu üçün İrandakı bizim vətəndaşlardan da terrorçu “düzəltmək” istəyəcək.Budur.Yenə meymunluq elədi əmmaməli qəhbələr.Biz təcili olaraq İranın səfirini dünyaya “persona non qrata” elan edərək ölkəmizdən qovmalıyıq.Çıxarmalıyıq yox haa,rəsmən qovduğumuzu dünyaya tirajlamalıyıq.İran bizim səfirimizi Tehrandan çıxarmadan etməliyik bunu.Çingizxan deyib ki,ən yaxşı müdafiə hücumdur.Axx,Çingizxan!!!Tarix səni bir dənə yetirdi.Deyirdi ki,görsəniz ki,düşmən sizdən qat-qat çoxdur və güclüdür,vahid yumruq olaraq cürətlə düşmən üzərinə şığıyın,onu lərzəyə gətirin.Belə olmasaydı dünyadan xəbərsiz monqolları az bir zamanda bütün Asiyaya hökmran edə bilərdimi o hərb dühası?

Asif 2022-11-07 20:27:20

irana cavab.yalancinin ...........

Vuqar Memmed.oglu 2022-11-07 18:53:12

Xəstə təxəyyülü olan fars rejimi unudur ki, dünyanın ..terror ölkəsi..kimi rəsmən tanıdığı İrandır Azərbaycan deyil! Hərdən mənə elə gəlir ki,bu ölkəni sanki ağılli deyil axmaqlar idarə edir!

Son yazılar