Menu

"Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb" - Fahrettin Altun

08.11.2022, 12:18
"Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb" - Fahrettin Altun

"İkinci Qarabağ müharibəsi dövründə informasiya savaşında azərbaycanlı qardaşlarımızla birgə hərəkət etdik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə daim əlaqədə idik".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb: "Azərbaycanın haqlı mübarizəsindəki tezislərinin beynəlxalq ictimaiyyətə çatmasını təmin etdik. Türkiyə-Azərbaycan ortaq media platforması bu müddət ərzində daha çox gündəmə gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev bu müddətdə bizə liderlik etdilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol