Milli Məclisin Suraxanı rayonundan seçilmiş deputatı Etibar Əliyev 8 noyabr - Zəfər Günü münasibətilə şəhid ailələrini evlərində ziyarət edib.
Millət vəkili Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan möhtəşəm qələbədə böyük pay sahibi olan şəhidlərimizin valideynlərinə öz minnətdarlığını bildirərək onların bayramını təbrik etdi. Çay süfrəsi arxasında şəhid ata və anaları ilə söhbət edən Etibar Əliyev onların qayğıları və sosial ehtiyacları ilə maraqlanıb.
Deputat bildirib ki, prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq şəhid ailələri və qazilərin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox mütərəqqi işlər görülür.
Şəhid ailələri daim onları diqqət mərkəzində saxlayan prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


Şərhlər