Menu

Nensi Pelosi istefa verə bilər

08.11.2022, 17:27
Nensi Pelosi istefa verə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi həyat yoldaşına qarşı təşkil edilmiş hücumdan sonra vəzifədən gedəcəyinin mümkünlüyünü qeyd edib.

APA xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsi zamanı deyib.

Pelosi öz 35 illik fəaliyyəti barədə danışıb və qeyd edib ki, vəzifədən getməsi barədə düşünməsi, bir sıra KİV-in qeyd etdiyi kimi, demokratların Konqresdəki üstünlüyü itirməsinin mümkünlüyü ilə əlaqədar deyil.

Xatırladaq ki, 28 oktyabrda Pelosi ailəsinin evinə hücum zamanı Paul Pelosi ağır bədən xəsarətləri alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol