Menu

"Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verilib" - Pentaqon

09.11.2022, 00:30
"Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verilib" - Pentaqon

Pentaqon iki NASAMS hava hücumundan müdafiə sisteminin Ukraynaya verildiyini təsdiqləyib.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı, Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqdə deyib.

Rayder bildirib ki, bu sistemlər Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə kömək edəcək.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq qeyd olunan komplekslərdən istifadə edir, həmin ölkənin hərbçiləri Avropada bununla bağlı təlim keçiblər.

Bundan əvvəl məlumat yayılıb ki, ABŞ Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım edir. Yeni hərbi yardım paketinə 45 T-72 tankı, 250 M1117 zirehli transportyoru, 40 zirehli qayıq, 1 100 "Phoenix Ghost" pilotsuz uçuş aparatı daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol