Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Əziz həmvətənlər!
Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu münasibətlə xalqımızı səmimi qəlbdən təbrik edir, eyni zamanda dövlətimizin, millətimizin rifahı naminə bu bayraq altında birləşərək hər kəsi öz çapında Vətənə sədaqətlə xidmət etməyə cağırıram!
Belə bir deyim var.
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa vatandır!
Türk ədəbi düşüncəsinin məhsulu olan bu sözlər torpaqları şəhid qanı ilə suvarılmış Azərbaycan xalqının ən dərin duyğularının ifadəçisidir.
Müasir anlamda “bayraq” sözü-dövlətimizin, müstəqillik, suverenlik və istiqlal rəmzi kimi başa düşülür. (Məlumat ucun deyim ki,bayraq sözü qədim türk dillərinində «batırak – batrak- bayrak» kimi ifadə olunaraq batır – batırmaq, sancmaq felindən törəmişdir) Bu gün dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi,siyasi, mədəni birliyinin, müqəddəslik və əbədiliyinin rəmzidir!
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvanda Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imtina edilmiş üc rəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək bir daha yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə (05.02.91, № 217-XII) ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Ümummilli Lider Heydər Əliyev və Müzəfər Ali Baş Komandan bayrağımıza münasibətdə ən ülvi duyğularını həmişə ifadə ediblər.
Heydər Əliyev: “Bayrağımız-Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir!”
Prezident İlham Əliyev 2010-cu ildə söylədiyi aşağıdakı fikirlər isə onun dövlət bayrağımıza dərin bağlılığının təzahürüdür.
İlham Əliyev: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
44 günlük Zəfər müharibəsi dövründə qələbənin ən böyük təntənəsi məhz işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağın qaldırılması idi. Hər birimiz böyük həyacanla işğaldan azad edilən ərazilərimizin Ali Baş Komandana müraciət edilməsi və üç rəngli bayrağımızın azadlığına qovuşmuş torpaqlarda dalğalanması idi.
Cənab Ali Baş Komandan Şuşa şəhəri işğaldan azad edilmişdir!. Azərbaycanın üşrəngli bayrağı artıq Şuşa üzərində dalğalanır!. Yaşasın Ali Baş Komndan! Qarabağ Azərbaycandır! Sözlərini hər dəfə eşidəndə Azərbaycan xalqı qürur hissi keçirirdi.
Hətta cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edilməsini təsvir edərkən bildirdi ki, şəhəri azad etdikdən sonra bayraq taxmağa yer tapmırdıq deyərək vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu da bayrağımızın fonunda çatdırdı.
Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində üçrəngli Azərbaycan bayrağını şəxsən qaldıran Müzəffər Ali Baş Komandan gənc nəsilə bayraq sevgisini aşılamaqla həm də bayrağımızın ən böyük ucalıqda dayandığını bir daha təsdiq etdi.
Dövlət Bayrağı Günü qazanılan ZƏFƏR münasibətilə xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Bu dəyərli günümüzü başda Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün xalqımız və ordumuzla qeyd etməkdən qürur duyuruq. Xalq olaraq inanırıq ki, əzəmətli üçrəngli bayrağımız min illərlə ən yüksək zirvələrdə qürurla dalğalanacaqdır!!!
Təbriklər bütöv Azərbaycan!


Şərhlər
Bayrağımız müqəddəsdir.Ancaq onun ölçüsünün heç nəyə dəxli yoxdur.