İRAN PARLAMENTİNDƏN DƏHŞƏTLİ QƏRAR - 15 minə yaxın insan edam edilə bilər

İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan etirazlar fonunda İran parlamenti aksiya iştirakçılarıyla bağlı insanlığa sığmayan, sözün həqiqi mənasında, vəhşi bir qətnamə qəbul edib.

"AzPolitika.info" "CNN"-ə istinadla xəbər verir ki, İran parlamenti 290 deputatdan 227-nin səsi ilə təxminən 15 min nəfərin edam cəzasını təsdiqləyib. Onların böpyük əksəriyyəti son etiraz aksiyalarına qatılanlardır.

Sözügedən qətnamənin nə vaxt icra ediləcəyi hələlik məlum deyil.

Xəbərdə qeyd oluunur ki, İran rejimi tərəfindən yalnız son etirazlara qatıldığı üçün 14 minə yaxın insan həbs edilib.

Bu fakt İran rejiminin Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyur.

"AzPolitika.info"

635x100

Şərhlər

MRP 2022-11-09 17:22:39

Bu qərar icra olunarsa rejim üçün hakimiyyəti qorumaq daha çətin olacaq.

BMT-nin beş daimi üzvünə 2022-11-09 16:44:49

Buna qarşı BMT tədbir görməlidir. Dünyanın yiyəsi yoxdur bəyəm?

Araz 2022-11-09 16:20:42

Hormetli azpolitika.info saytının Baş redaktoru , sizdən xahiş olunur, bu baslıqla yazilan : İRAN PARLAMENTİNDƏN DƏHŞƏTLİ QƏRAR - 15 minə yaxın insan edam ediləcək, məlumatını dərhal gondərin Azərbaycan Prezidentinə ( PA -ya ) , Milli Məclisə, XIN - ə, Bakıda ABŞ səfirliyinə, Israil səfirliyinə, Böyük Britaniya ( İngiltərə ) səfirliyinə, BMT - nin Baş Katibi cənab Quttereşə, BMT - nin İnsan Haqqları Komissiyasının Baş Katibinə, Avropa Şurasının Parlament Assambleyasına, " Vashington Post " qəzetinin redaksiyasına, BBC tele - radio agentliyinə. Qəddar , repressiv, molla rejimi, İRAN XALQINA QARŞI VƏHŞİLİKLƏ , DƏHŞƏTLİ SOYQIRIMA BAŞLAYIB, TƏCİLİ bu məlumatı bütün ölkələrin mətbuatına bildirin.

dadaşyev 2022-11-09 14:54:00

Bu adamlar edam edilərsə o zaman Cənublu bacı qardaşlarımız qarşılarına çıxan hər bir mollanı,hər bir dövlət adamını qətlə yetirəcəklər ki,bu da vətəndaş müharibəsi demək oacaq.O zaman ayətüllabların vay halına.1789-da Fransada Basitiliyanın alınması o hadisələr qarşısında kölgədə qalacaq.Dar ayaqda ermənistana qaçmaları da onlara kömək eləməyəcək.Hamısını o deputatlarla birlikdə tutub şampan butulkalarına qonaq edəcəklər.Biz İranda insan hüquqlarının faciəvi şəkildə pozulması barədə dünyaya rəsmən car çəkməliyik o hadisələrə qədər.Başqaları susa bilər,necə ki 30 il susmuşdular,amma bizim susmağımız qardaşlığa,adamlığa sığmaz.

Son yazılar