Menu

“Xersonu döyüşsüz tərk edirik...” – “Baş verənlərin başqa məntiqi izahı yoxdur”

09.11.2022, 18:15
“Xersonu döyüşsüz tərk edirik...” – “Baş verənlərin başqa məntiqi izahı yoxdur”

"Rus qoşunları Xersonu döyüşsüz tərk edir".

"AzPolitika.info" xəbər verir ki, rusiyalı bunu hərbi müşahidəçi Yuri Podolyaka öz "Telegram" kanalında bildirib.

“Rusiya qoşunlarının körpüləri partlatması və dünən inadla müdafiə etdikləri mövqeləri tərk etməsi ilə bağlı yayılan çoxsaylı informasiyalara əsasən, çox güman ki, Dnepr çayının sağ sahilini döyüşsüz tərk edirik. Sadəcə olaraq, baş verənlərin başqa məntiqi izahı yoxdur”, - Podolyaka yazıb.

Öz növbəsində, Hərbi-Siyasi Jurnalistika mərkəzinin eksperti Boris Rojin öz "Teleqram" səhifəsində qeyd edib ki, bayraqların götürülməsi və körpülərin partladılması fonunda Xersonla bağlı rəsmi açıqlamalar gözlənilir.

Bundan əvvəl Ukrayna ordusunun Xersona qarşı bir neçə istiqamətdə hücuma keçdiyi bildirilirdi. Daha sonra rus qoşunlarının üç körpünü - Tyaqinski, Darevski və Novovasilevskini partlatdığı, inzibati binalardan Rusiya bayraqlarının götürüldüyü barədə məlumatlar ortaya çıxdı.

Ekspertlər Xerson uğrunda döyüşün münaqişənin uzunmüddətli gedişatına necə təsir edəcəyini müzakirə edirlər.

Xatırladaq ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Xersonu və onun uğrunda gedən döyüşün əhəmiyyətini Stalinqrad döyüşü ilə müqayisə edib. O bildirib ki, Kiyevə Rusiya ilə gələcək danışıqlarda güc mövqeyindən çıxış etmək üçün şəhəri götürmək lazımdır.

“Rossiyskaya qazeta”nın hərbi müşahidəçisi Viktor Litovkin isə söz-söhbətlər olsa da, heç kimin Xersonu təslim etməyəcəyini deyib.

Bundan əvvəl Yuri Podolyaka demişdi ki, Xerson uğrunda döyüşlərdə iki istiqamətdə gözlənilməz nəticə gözləyir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol