Menu

Putin böyük ehtimalla G20 sammitində iştirak etməyəcək - “Bloomberg”

10.11.2022, 00:20
Putin böyük ehtimalla G20 sammitində iştirak etməyəcək - “Bloomberg”

Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla noyabrın 15-16-da keçiriləcək G20 sammitində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Kreml V. Putini Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ABŞ prezidenti Cozef Bayden də daxil olmaqla dünya liderləri ilə potensial qarşıdurmadan qorumağa çalışır.

Mənbə bildirib ki, Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edə bilər.

Şərhlər

Zahid 2022-11-10 03:36:33

Bunu ora dəvət edən varki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol