Menu

Puşkinin Xarkovdakı büstü sökülüb

10.11.2022, 00:25
Puşkinin Xarkovdakı büstü sökülüb

Rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.

Şəhər Şurasının rəhbərliyi bildirib ki, büst muzeyə təhvil veriləcək: “Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib.

Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə, çar Rusiyası zamanında qoyulub.

Şərhlər

dadaşyev 2022-11-10 13:54:32

Puşkinin heykəlini götürmək yox,heykəlin postamentində onun Həbəşistanın milli şari olduğunu yazmaq lazımdır.Həbəşistanın paytaxtında onun böyük heykəli var,postamentində yazılıb "Həbəş xalqının qürbətdə yaşayıb yaratmış böyük şairi Aleksandr Sergeyeviç Puşkin".Heykəli götürməkdənsə bu çox daha sarsıdıcı bir şeydir.

t.ədalət 2022-11-10 00:51:12

Puşkin bir rus işğalının tərənnümçüsüdür.Ukraynalılar onun büstünü aşırmaqla ölkələrini lənətə gəlmiş bir ruhdan xilas etdilər.Kaş,bizdə də məlun Puşkinin heykəlini uçaraydılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol