Bu gün cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun vurduğu erməni helikopterində ölən düşmən hərbçilərinin adları açıqlanıb. AzPolitika.info Ermənistan saytlarına istinadla bildirir ki, bunlar mayor Sergey Saakyan (komandir), baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyandır.
Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
V.Nəsibov


Şərhlər