Menu

İşğalçı ordu qaçarkən Dneprin üzərindəki körpüləri partladır - VİDEO

11.11.2022, 14:11
İşğalçı ordu qaçarkən Dneprin üzərindəki körpüləri partladır - VİDEO

Ukraynanın Xerson vilayətində Dnepr çayının sağ sahilində yerləşdirilən rus qoşunlarının əksəriyyəti sol sahilə çıxarılıb. İşğalçı ordu geri çəkilərkən arxasındakı körpüləri partladıb.

"AzPolitika.info" Rusiya hərbi müxbirləri və Teleqram kanallarına istinadla xəbər verir ki, Ukrayna tərəfi rus qoşunlarının geri çəkildiyini təsdiq etsə də, təfərrüatları açıqlamır.

Qeyd edək ki, Rusiya və Ukrayna mətbuatı Xerson vilayətində Dnepr üzərindən keçən Antonovski körpüsünün və yaxınlıqdakı dəmiryol körpüsünün partladıldığını yazıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol