Ermənistanın “sadələşdirilmiş qaydada vətəndaşlıq” hiyləsi – Deşifrə olunan məkrli plan

Ermənistan növbəti bir hiyləgər plan icra etməyə çalışır. Belə ki, Ermənistan parlamentində 1988-ci ilə kimi Ermənistan SSR-də yaşamış insanlara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsi barədə qanunvericilik təşəbbüsü irəli sürülüb. İlk baxışda belə təsəvvür yarana bilər ki, Ermənistan normal addım atır, vaxtı ilə Göyçə, Zəngəzur, İrəvanda, tarixi, dədə-baba torpaqlarında yaşamış və deportasiya edilmiş azərbaycanlılar öz yurdlarına dönmək hüququ əldə edəcəklər.

Ancaq əslində bu, növbəti bir erməni bicliyidir. Söhbət ondan gedir ki, bu plan Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı Azərbaycanın qaldıracağı haqlı və real tələblərini qabaqlamaq məqsədi daşıyır.

Məsələ ondadır ki, azərbaycanlılar tarixi torpaqlarında hər zaman kompakt və icma şəklində yaşayıblar. Azərbaycan beynəlxalq hüquq və formalara, təcrübələrə uyğun olaraq, Ermənistandan qovulmuş azərbaycanlıların orada yenidən icma şəklində dönüşü və yerləşməsi mövqeyindədir. Ermənistan isə icmanın geri qayıtmaq hüququnu fərdi müraciətlər müstəvisinə gətirib neytrallaşdırmaq istəyir.
Hansı ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpa olunması məsələsi onlara vətəndaşlıq verilməsi kontekstində qoyularaq, fərdi müraciət səviyyəsinə gətirilib kiçildilə bilməz.
Çünki əvvəla, insanın irqi, milli ayrı seçkilik əsasında öz ölkəsindən qovulması onun vətəndaşlıqla bağlı hüquqlarını əlindən almır. Yəni Ermənistandan qovulmuş azərbaycanlıların vətəndaşlıq hüququ bu gün də qalır. Bu baxımdan, insana məxsus – de-yure, de-fakto hüququnu ona yenidən verməyi iddia etmək absurddur, gülüncdür.

Bütün beynəlxalq normalar, insan hüquq və haqları baxımından da fərdi müraciətlər formatı yolverilməzdir. Vaxtilə indiki Ermənistan ərazisində kompakt şəkildə yaşamış azərbaycanlılar öz vətənlərinə qayıtmaq üçün bir icma kimi kollektiv hüquqlara, ən əsası Vətən hüququna ( bu haqq beynəlxalq aləmdə “right to homeland” anlayışı olaraq qəb ul edilib və edilir) malikdir.

Perspektivdə Azərbaycan icmasının öz evlərinə qayıtması təhlükəsiz və ləyaqətli şəkildə, müvafiq beynəlxalq qarantiyalarla baş tutmalı, geriyə qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

Bütün bunları Ermənistan təbii ki, dərk edir. Onu da bilirlər ki, Azərbaycanda “Qərbi Azərbaycan İcması” yaradılıb və məqsəd Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanmış şəkildə öz pozulmuş hüquqlarını müdafiə və bərpa etməsi istiqamətində atılmış mühüm addımdır.

Müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin vahid təşkilatı onların hüquqlarının beynəlxalq müstəvidə bərpası istiqamətində məqsədyönlü iş aparır və söhbət tarixi yurda icma kimi dönüşə nail olmaqdan gedir. Ermənistan başa düşür ki, bu qaçılmaz bir prosesdir.

Əgər Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinə Qarabağda təhlükəsiz şəkildə yaşamaq hüququ tanınırsa, qarşılıqlı olaraq etnik zəmində Ermənistandan qovulmuş soydaşlarımız da icra formatında geri dönməlidir. Lakin ermənilər hazırda parlamentdə bu hüquqi fərdi müraciətlər halına gətirməyə çalışır.
Bu planı Ermənistanın hansısa humanistliyi, sülhə doğru müsbət davranışı kimi təqdim etmək cəhdləri kimi qələmə vermələri də mümkün olmayacaq. Çünki qeyd edildiyi kimi, onların fərdi müraciətlər üzrə vətəndaşlıqların bərpası ideyasının məqsədi icma şəklində dönüş haqqına qarşı hesablanmış plandır.
Tarixi və yaşamaq hüququna malik torpaqlarımıza geri dönüş Qərbi Azərbaycan İcması formatında öz həllini tapmalıdır, alternativi yoxdur. (musavat.com)

635x100

Şərhlər

Izləyici 2022-11-11 22:48:12

Bu yazının müəllifi hüquqşünasla məsləhətləşsə idi daha tutarlı məqalə alınardı.

Mubariz 2022-11-11 22:36:52

erməni bilir ki , ora bir daha heç kəs qayıtmayacaq , Bakı gözəldir

Eli 2022-11-11 21:36:55

Ermenistan rehberliyi mövcud reallığı çızel anlayır ki,Azerbaycan yaranmış tarixi şansı heç vaxt elden vermek fikrinde deyil,1918-1921- il xeriteletine uyğun olaraq serhedlerin müeyyen olunması ermenikeri ne gözlediyini onlar çıx gözel qanırlar ve bu gün “Zengezur dehlizi”, Qarabapda yaşayan ermenilere “Status” verilmesi onları gözleyen meselelerin qabaqlamaw üçün düşünülmüş “Ermeni bicliyidir ki “ buna da Azerbaycan heç vaxt razı olmayacaw be yaranmış tarixi fürseti elden vermeyecek

Son yazılar