Menu

ŞƏRİFOV HANSI SAHƏLƏR ÜZRƏ MƏSUL MÜAVİN OLACAQ? - Baş nazirə müşavirliyi qudalar edir

10.01.2025, 22:00
ŞƏRİFOV HANSI SAHƏLƏR ÜZRƏ MƏSUL MÜAVİN OLACAQ? - Baş nazirə müşavirliyi qudalar edir

Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirini müavini təyin olunub. Beləliklə, o 18 illik nazir karyerasını başa vurub.

Qeyd edək ki, Samir Şərifov Baş nazir Əli Əsədovun 3-cü müavini olub. Hazırda Nazirlər Kabineti sədrinin birinci müavin Yaqub Eyyubov, müavini isə Şahin Mustafayevdir.

Ötən ilin 23 sentyabrında parlament seçkilərinə qatıldığına görə Prezident İlham Əliyev Əli Əhmədovu Baş nazirin müavini vəzifəsindən azad etmişdi. Görünür, S.Şərifov Ə.Əhmədovun səlahiyyətində olmuş sahələr üzrə məsul müavin olacaq.

Baş nazirin müavinlərdən başqa daha 2 müşaviri var. Bunlar Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə və Mərkəzi Bankın İdarə Heyətinin keçmiş sədri Elman Rüstəmovdur. 

Qeyd edək ki, müşavirələr həm də qudadırlar.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Şəkili 2025-01-15 23:37:03

Yaş həddi Şəki İcra Hakimiyyətinin birinci müavini həsən Həsənovun 70-dən yuxarı yaşı olmasına baxmayaraq düz 28-ildir ki, 1-ci müavin postunu zəbt edib ? həsənə yaş həddi nəzərdə tutulmamışdır !

Lətif 2025-01-12 20:42:56

Yaqub Eyyubovun əsl ad soyadı necədir? Kim bunu açıqlayar? Omum necə Azərbaycan ilində anışdığını görən.eşidən olmayıb.O sadəcə onu gətir.onu ötürlə məşğul olur.Onun əməli fəaliyyəti.ictimaiyyətlə işi.əlaqəsi görünmür.Müstafayevin isə .... Bizlər kimlər idarə edir?Bunu düşnmüsünüz?

Adil 2025-01-12 17:40:27

Görəsən yaş həddi Yaqub Eyyubova niyə tədbiq olunmur?79 yaşlı qoca daha neçə il işləmək istəyir?

ƏDALƏT 2025-01-11 14:13:45

Qudalar ölkəsi

Cəmşid Dərələyəzli 2025-01-11 09:43:13

Möhtəşəm. Yaşa- yaşa Azərbaycan.

Amon 2025-01-11 04:44:32

Yaqub eyyubov eramizdan evvel bas nazirin 1ci muavini isleyir

ƏNHU 2025-01-10 22:29:38

Ölkəmizdə ənənəvi hal almış bu tip qeyri-etik və qeyri normal olaylara görə biz sıravi vətəndaşlar əzab çəkirik. Biz digər millətlərdən utanırıq.....

GÜLAĞA 2025-01-10 20:08:51

Bir yerdə olmalar yaşı haldır.Darıxmlrlar.

Sahib 2025-01-10 16:57:13

....kooperativ

Rəvan 2025-01-10 15:47:20

Elə bəzi vəzifələr qohumlar arasında bölüşdürüldüyündən, onların oğurlamaları gizli qalır və Azərbaycan xalqı çətin yaşayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol