Menu

Ruslar Qeniçesk şəhərini "Xerson vilayətinin müvəqqəti paytaxtı" elan edib

12.11.2022, 16:08
Ruslar Qeniçesk şəhərini "Xerson vilayətinin müvəqqəti paytaxtı" elan edib

"Rusiya qoşunları Xersondan çıxarıldıqdan sonra Qeniçesk müvəqqəti olaraq ilhaq edilmiş Xerson vilayətinin inzibati paytaxtı elan edilib".

"AzPolitika.info" xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya tərəfindən təyin olunmuş hökumət nümayəndəsinin mətbuat katibi Aleksandr Fomin məlumat verib. "Bu gün Xerson vilayətinin müvəqqəti inzibati paytaxtı Qeniçeskdir. Bütün əsas hakimiyyət orqanları orada cəmlənib", - Fomin bildirib.

Qeniçesk kurort və liman şəhəri Xerson vilayətinin cənubunda Azov dənizinin sahilində yerləşir. Şəhər fevralın 24-də, Rusiya qoşunlarının Ukraynaya girdiyi ilk günündə işğal edilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol