İstanbulda baş verən partlayışla əlaqədər saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.
Türkiyə mediası xəbər verir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib.
Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir.
Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
***
Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.
Adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.
Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.






Şərhlər
Bu simasız şərəfsizin şəklini iki bayrağın ortasında çəkmək düz deyil
Rüşvətxorun böyüyü, kiçiyi olmur, rüşvətxor rüşvətxordur. Gəlin hər şeyi necə var elə də etiraf edək. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə müvafiq olaraq Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir. Həmin Qanunun 11-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxır, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edir, ümumiləşdirir və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayır, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş prokuror qarşısında məsələ qaldırır, maarifləndirmə işlərini, profilaktik tədbirləri, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq digər səlahiyyətləri yerinə yetirir. Göründüyü kimi Qanun prokurorluğa öz vəzifələrini həyata keçirmək üçün kifayət qədər səlahiyyətlər vermişdir. Prokurorluq əl quzusu kimi hər dəfə bir iki müəllimi, səhiyyə işçisini, bələdiyyə üzvünü məsuliyyətə alır və bununla da işini bitmiş hesab edir. Adamından, daydayısından, onun səlahiyyət dairəsindən asılı olaraq rüşvətxor məmur cinayətin subyekti ola bilər, olmaya da bilər. Bəs yaxşı prokurorluq nə işlə məşğul olur? Görünür ki, heç nə ilə. Qanunun 11-1-ci maddəsində göstərilən profilaktik tədbirlər nədən ibasrətdir? Əgər məmur uzun müddət cəzasız qalaraq dövlətin anasını ağladıbsa, dövlətin əsas dayaqlarından biri olan Prokurorluq bunu görmürsə, o nəyə və kimə lazımdır? Rəhbər vəzifə tutan məmurlar İlham Əliyevin portretini başlarının üstündən asırlar, ona sədaqətli olmalarını dilə gətirirlər, əməldə isə ONUN işinə mane olmaqdan başqa əllərindən bir iş gəlmir. Mən ölkə başçısına hansısa məsləhət verə bilmərəm, amma bu ölkənin vətəndsaşı kimi ondan rica edərdim ki, özü təqdim etdiyi icra başçıları istisna olmaqla, bütün icra başçılarını dəyişsin. Allaha and olsun belə olmasa hələ çox sürprizlərlə üzləşəcəyik. Bundan təkcə Prezident əziyyət çəkməyəcək, zərbənin bir ucu da biz sadə vətəndaşlara dəyəcək. Hər dəfə DTX öz qara libaslı oğlanlarımı bu məmurların arxasınca göndərməlidir? Deyiləsi, yazılası çox şeylər var.
İstər kişi olsun, istərsə də qadın, cinayətkar cinayətkadır və törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. İstanbulda törədilən terror aktı bunun bariz nümunəsidir. Videogörüntüdən də görünür ki, əməliyyatçı cinayətkar qadını necə lazımdırsa elə də aparır. Bizdə isə “kişi” şalvarı geyinən kişiciklərlə elə davranırlar ki, elə bil bunlar Allahın bacısı uşaqlarıdır (daha doğrusu onların himayədarlarının). Azpolitikanı müəyyən xüsusiyyətlərinə görə çox bəyənirdim. Anlayıram ki, yazı saytda gedəndən sonra sizə də müəyyən təzyiqlər olur. Canavardan qorxursansa gərək meşəyə getməyəsən. Sizin müəyyən hərəkətləriniz təqdirəlayiqdur. Lakin Sizin daimi oxucunuz olaraq böyük iradım var Sizə. Məsələn, saytınızda YAP-çı oliqarxla bağlı yazınız müəyyən vaxtdan sonra “yoxa çıxdı”....
BUfahise ermeni-HAY qaracisidir////
Mənim itim bundan yaraşıqlıdır.