Menu

"ABŞ-ın başsağlığı mesajını qəbul etmirik, terrorçunu tutmasaydıq..." - VİDEO (Yenilənib)

14.11.2022, 19:31
"ABŞ-ın başsağlığı mesajını qəbul etmirik, terrorçunu tutmasaydıq..." - VİDEO (Yenilənib)

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

O, ABŞ səfirliyinin başsağlığı mesajını qəbul etmədiklərini xüsusi vurğulayıb.

"Hadisənin necə koordinasiya edildiyini bilirik. Polis, valilik lazımi açıqlamaları verib və bunu davam etdirir. Bizə verilən mesajı aldıq və bizə verilən mesajın nə olduğunu da bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmədik. Biz heç kimin düşməni deyilik. Heç kimə xəyanət etmirik. Texniki dinləmələrdə terror təşkilatının terrorçunu öldürmə əmrini verməsi aşkar olunub. Əgər biz terrorçunu tutmasaydıq, onu qaçaqmalçılıq yolu ilə Yunanıstana aparacaqdılar", - deyə daxili işlər naziri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol