Menu

Ukraynanın dəniz dronu meydana gələcək – “Xerson” adı ilə...

15.11.2022, 09:42
Ukraynanın dəniz dronu meydana gələcək – “Xerson” adı ilə...

Dəniz dronları dənizdə situasiyanın Ukraynanın xeyirinə dəyişə bilərlər.

İlk dəniz PUA-sı “United24” platforması çərçivəsində alınıb və «Xerson» adlandırılıb. Artıq ilk aparatın hazır olduğu xəbər verilib.

«1+1» süjetində deyildiyi kimi, bu, unikal və məxfiləşdirilmiş Ukrayna texnologiyasıdır. Kiçik və sürətli dronlar qiyməti yüz milyonlarla ölçülən Rusiya gəmilərinə sahildən 100 kilometr uzaqlıqdan uğurla hücum etmək qabiliyyətindədirlər («UNİAN»).

Rusiya hər 5 raketdən birini gəmilərdən buraxır. Və dəniz dronları dənizdə situasiyanı dəyişə bilər. Həm də artıq dəyişiblər.

Rusiya gəmiləri bloklanmış vəziyyətdə Sevastopol buxtarsındadırlar - daha bir Rusiya donanması gəmisinin vurulmasından sonra.

«Ukroboronprom»un Baş direktorunun müşaviri Ostap Yednakdan soruşublar ki, ilk dəniz dronları nə vaxt «ova» çıxacaqlar? O, deyib ki, düşmənə kömək etməmək üçün bu informasiyanı səsləndirmək lazım deyil: «Gələcəkdə düşməni çoxlu sürprizlər gözləyir».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol