Menu

“Sədərək”də mağazaya basqın - 30 min manat pul götürülüb

15.11.2022, 10:33
“Sədərək”də mağazaya basqın - 30 min manat pul götürülüb

Sədərək Ticarət Mərkəzində sahibkara xəsarət yetirilib.

APA xəbər verir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Sədərək Ticarət Mərkəzində sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib.

O, mağazadan 30 min manat pul götürərək qaçıb.

DİN-dən APA-ya bildirilib ki, quldurluq əməli ilə bağlı müvafiq araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol