Menu

Sabah Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq

15.11.2022, 11:11
Sabah Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq

Sabah - noyabrın 16-da Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başlayır.

"Report"un xəbərinə görə, büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Toplantıda hökumət üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində proqnozlaşdırılır.

Şərhlər

Vətəndaş 2022-11-15 13:47:04

Formal müzakirədir.Guya oradakı "deputatlar" nəyi isə millətin xeyrinə dəyişə bilər? Boş müzakirə,formal təsdiqləmə üçün toplantı!Guya indiyə kimi belə müzakirənin mənası olub?

Sahib 2022-11-15 12:39:14

Millət vəkilləri heç olmasa indi minimum əmək haqqı ilə bağlı qanun qəbul edib ki sizin və məmurların maaşı minimum əmək haqqına baqlanmalidir əksər deputatın maaşı artırsa o yalnız minumum əmək haqqından asılı olmalıdır Minumum əmək haqqının 10 mislindən çox olmamalidir

Tahir 2022-11-15 11:37:44

300-350 manata Gəlir vergisi tutulmamalidir

Azər 2022-11-15 11:32:53

Millət vəkilləri ehtiyac meyarının 246 man qəbulu gülməli deyilmi 4 manat nədir bu gün hər gun artan qiymətlərin müqabilində Gəlir vergisini azaldın 14 faiz çox deyilmi Siz 300 manata dolana bilərsinizmi???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol