Menu

"Sahibkarlara 105 milyon manatdan çox güzəştli kredit verilib" - Nazir

16.11.2022, 12:07
"Sahibkarlara 105 milyon manatdan çox güzəştli kredit verilib" - Nazir

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib.

“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter“ hesabında paylaşım edib.

Məlumata görə, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - paylaşımda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol