Menu

"Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb" - Rusiya MN

16.11.2022, 14:09
"Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb" - Rusiya MN

"Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb".

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Əlavə olunub ki, mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş görüntülərdə raket parçalarının Ukraynaya məxsus S-300-ün elementləri olduğunu müəyyən ediblər.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəddə yerləşən Pşevoduv yaşayış məntəqəsinə raket düşüb, nəticədə iki nəfər ölüb.

Polşa məlum insidentin baş verməsində Rusiyanı günahlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol