Menu

Deputatlardan Güney Azərbaycandan olanların təhsilinə kömək məqsədi ilə təklif

17.11.2022, 13:27
Deputatlardan Güney Azərbaycandan olanların təhsilinə kömək məqsədi ilə təklif

Milli Məclisin deputatı Fəzail Ağamalı Güney Azərbaycandan olan soydaşlarımızın ölkənin ali məktəblərində təlsil almasına şərait yaradılmasını təklif edib.

“Report”un məlumatına görə, o, parlamentin bugünkü plenar iclasında çıxışı zamanı gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitdən, təxminən, 10-15 milyon manatın məhz bu məqsədlər üçün nəzərdə tutulmasını istəyib.

“Güney Azərbaycanda yaşayan soydaşlarımız bizə müraciət edərək bildirirlər ki, öz ana dilində təhsil almaq hüquqlarından məhrumdurlar. Təklif edirəm ki, onlara müəyyən güzəştlər edilsin və Azərbaycanda təhsil alacaqları təqdirdə onlara xarici tələbələr kimi baxılmasın”.

Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, dövlət sərhəddindən kənarda yaşatan soydaşlarımız Azərbaycana gəlib burada təhsil almaq istəyəndə onlara dəstək olunmalıdır.

Q.Paşayeva əlavə edib ki, şəhid ailələri, müharibə veteranları və qazilər hər zaman dövlətin diqqətindədir: “Təklif edirəm ki, müharibə iştirakçıları güzəştli ipoteka şərtlərindən yararlana biləcək siyahıda olsun, çünki onların buna ehtiyacı var. Onların övladları ödənişli ali təhsil alanda da güzəşt edilməsi yaxşı olardı”.

Deputat həmçinin, ölkədə satışda olan dərmanların qiymətlərinin baha olmasından şikayətlənib: “Təklif edirəm ki, dərmanların qiymətinin aşağı salınması məsələsinə mütləq baxılsın və müəyyən mexanizm hazırlansın”.

Şərhlər

t.ədalət 2022-11-17 15:07:33

Bizim ali məktəblərdə oxuyan Güneyli tələbələrdən də pul alınması adamı çox utandırır.Adam deməyə söz tapmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol