“Həmin gün hücumla bağlı bütün hadisələri yaxından izlədik. 81 yaralı məlumatı gəldi. Biz ölümlərdən çox narahat idik. Təəssüf ki, 6 nəfər öldü. Onlardan ikisi uşaq olub. Allah onların hər birinə rəhmət eləsin. Hazırda 5 vətəndaşımız reanimasiyadadır. Yaralıların sayı 25-ə enib, digərləri evə buraxılıb”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitindən qayıdarkən jurnalistlərə söhbətində bildirib.
Ərdoğan ölkə müxalifətinin terror aksiyasına münasibətini qınayıb:“Müxalifətin həmişə olduğu kimi bu hadisələrin acısını hiss etməməsinə artıq öyrəşmişik. Bu müxalifət Ankaradan İstanbula terrorçularla qol-qola gedən müxalifətdir. Biz bu müxalifətə yad deyilik. Biz onların münasibətinə də yad deyilik. Onsuz da parlamentdə PKK-nın uzantısı ilə birlikdə hərəkət etmirlərmi? Birlikdə hərəkət edirlər. Bundan başqa, bu adamlar artıq terror ritorikasını ifadə etmirlərmi? Yeri gəlmişkən, parlamentdə bəzilərinin toxunulmazlığının qaldırılması istiqamətində işlər davam etdirilir. Biz bunlara öyrəşmişik”.
Türkiyə lideri daha sonra İyi Partiyasına çağırış edib: “CHP-ni bir kənara qoyaq. Müxalifətdə, 6-lı masadakıların hamısı haqqında söz deməyə ehtiyac yoxdur. Amma İyi Partiyanın onlarla bir yerdə olması şübhəsiz düşündürücüdür. Niyə onlarla eyni masadadırlar və eyni mövqeni bölüşürlər? Xüsusilə belə bir zamanda bu, əlbəttə düşündürücüdür. Ümid edirik ki, onlar bu masadan çıxmaq və milli duruş sərgilməkə üçün öz mövqelərinə yenidən baxacaqlar”.
“AzPolitika.info”


Şərhlər