Menu

Xaçınçay su anabarına 200 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

18.11.2022, 21:11
Xaçınçay su anabarına 200 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

İşğaldan azad olunmuş ərazilərdə su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonunda keçirilib.

APA xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter“ hesabında bildirib.

Paylaşımda qeyd olunub ki, Xaçınçay su anabarına 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol