Menu

Ankara Türmənistan qazını Avropaya ötürməyə hazırdır

19.11.2022, 13:40
Ankara Türmənistan qazını Avropaya ötürməyə hazırdır

Ankara Türkmənistandan Avropaya qaz tədarükünü həyata keçirməyə hazırdır. Bu barədə “Neytral Türkmənistan” qəzetində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Aşqabada səfərinin yekunları ilə bağlı dərc olunan xəbərdə bildirilir.

Nəşrin məlumatına görə, parlamentin spikeri ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin qurulması üçün geniş perspektivlərin olduğunu qeyd edərək, Türkiyənin Türkmənistan təbii qazını tranzitlə Avropaya tədarük etməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın əvvəlinə planlaşdırılan Aşqabada səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır.

“AzPolitika.info”

Şərhlər

Politika 2022-11-19 15:53:14

Erdoğan yapar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol