Ötən gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda hərbi təlim zamanı mövqelərimizi pozan Ermənistana məxsus Mi-24 tipli helikopter məhv edilib.
Bu xəbər Azərbaycan mətbuatı ilə yanaşı Türkiyə və dünya mətbuatının gündəmində əsas müzakirə mövzularından biri olub.
Türkiyənin tanınmış xəbər saytları, qəzetləri ilə yanaşı məşhur telekanalları bu barədə məlumat yayıblar.
"CNN Türk" telekanalı isə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulmasını "Dağlıq Qarabağ Ordusuna aid helikopter" kimi təqdim edib.
AzPolitika.info-nun məlumatına görə, erməni tərəfi ilk açıqlamalarında vurulan hərbi helikopterin separatçı “Dağlıq Qarabağ Respublikası”na məxsus olduğunu bildirsə də, sonrakı açıqlamalarında ölən hər üç zabitin Ermənistan Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumat verib.
Bu isə vurulan helikopterin bir daha Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğunu təsdiqləyir.


Şərhlər