“Hökumət inflyasiya ilə mübarizə aparır. İnflyasiya ilə ən yaxşı mübarizə bolluq yaratmaqdır”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
“Demirəm ki, maşın, gəmi istehsal edək. Ərzaq və kənd təsərrüfatı mallarının istehsalı sürətlə artırılmalıdır. Biz gərək nəzərə alaq ki, bolluq yaratmaq üçün mikro, orta, kiçik bizneslə bağlı bütün problemləri həll etməliyik. Gərək kiçik və mikro biznesə xüsusi şərait yaradaq. Məsələn, 3 illik vergi tətilləri etmək, kommunal xərcləri 50%, ümumiyyətlə, vergini azaltmaq olar. Yetər ki, bölgələrdə müəssisələr yaransın. Bizi kənd təsərrüfatı inkişafının bugünkü səviyyəsi qane etmir. Bizə kənd təsərrüfat məhsullarının istehsalını sürətlə artırmaq lazımdır”, - deyə deputat vurğulayıb.
Dərmanlarla əlaqədar məsələyə toxunan Rüfət Quliyev Türkiyə şirkətlərinin Azərbaycana dəvət edilməsini tövsiyə edib:
“Türkiyə səhiyyəsi problemini həll etmək üzrə dünyada birinci onluqdadır. Oradakı şirkətləri bura dəvət edək, gəlib filial açsınlar. Dərmanlarla bağlı böyük problemlər var. Yeni problem “Aspirin Kardio” və “Aspirin”lə bağlıdır. Artıq bir aydır bu dərmanlar satışda yoxdur”.


Şərhlər
Hərbi işğal və iqtisadi durum 2001ci ildən daxili ərazaq və strateji məhsulların bir neçə illik ehtiyatını zəruri edirdi? Vətəndaşların dövlət qayğıları əsasən şərhlərdədir!? ABŞ hədsiz ucuz və keyfiyyətli Aspirin və Aspirin-2si bu gün olmasa da sıxılmış qazdan, Ukaynanı azı bir aya azad edəcək bütün ehtiyatları və gücü vardır! Bizim neçə illik müstəqil təchizat ehtiyatımız var? Mərkəzdə də daşnaq separatizmi Hərbi Gücün müdafiəsi ilə?
Rüfət müəllim Lənkəranda Limanda işsizlik baş alıb gedir Siz bu bölgənin inkişafı üçün proqram və tədbir görmüsünüzmü? Siz gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsinin düşünürsünüz Ya da heç olmasa 300 manata qədər gəlir vergisinin tutulmaması üçün təklif verirsiniz axı vəziyyət heç də yaxşı deyil qiymətlər hər gün artir