Menu

AKADEMİK MARR... - Ermənilər niyə ona nifrət edirlər?

22.11.2022, 17:25
AKADEMİK MARR...  -  Ermənilər niyə ona nifrət edirlər?

Şəkildə böyük dilçi alim Nikolay Marrı görürsünüz. Atası şotlandiyalı yəhudi, anası abxaz qızı idi. Yunanların Kutais, gürcülərin Kutaisi dedikləri Kuta şəhərində anadan olmuşdur. Uta və Kuta Ön Asiyanın prototürk nəsilləridir. 

Ermənilər Marrın adı gələndə gözlərini bərəldib dodaqlarını büzürdülər. Ağızlarından çıxan qarğışlar sarımsaq iyi kimi ətrafa yayılırdı. Səbəbini soruşanda dinmirdilər. Səbəb o idi ki, Marr deyirdi - 80-ə yaxın ləhcəsi ilə indiki erməni dili qədim H"Ay dilinə bənzəmir. H"Ay dili türk dilləri kimi iltisaqi, erməni dili İran dilləri kimi flektivdir. 

Yazırdı ki, qədim erməni dilini ermənilər qrabar dili adlandırırlar. Qrabar necə ermənilərin dilidir ki, ananın atasına dada, yəni dədə, krestə xaç, Adəm peyğəmbərə Atamxan, ot topasına xot (Azərbaycan dilində xotma), barsa bars, qızdırmağa qiz, çırağa çraq, kişi cinsinə er ( Azərbaycan dilində erkək) deyirdilər. 

Marr yazmır ki, Qrabar qıpçaq tayfalarından biridir. Yazsaydı, elə 1897-ci ildə "О начальной истории армян" kitabı Peterburqda nəşr olunanda öldürərdilər.

Marrın erməni dilinin mənşəyinə həsr olunan kitabı 1903-cü ildə Peterburqda nəşr olunub. İnternet saytlarına baxdım. Heç birində o əsərin adı yox idi. 

Yazılan rəylərdə müəllifi olduğu Yafəs nəzəriyyəsinə nifrət hiss olunur. Nə üçün? Onun üçün ki, türklər də Yafəs nəslindəndirlər. Bu nəzəriyyəsi ilə Marr Anastas Mikoyanın və Cuqaşvili Stalinin qəzəbinə düçar oldu. 

Stalin 1933-cü ildə "Pravda" qəzetində çap olunan məqaləsi ilə onu anti-sovet mövqeyində ittiham elədi. Marr 37-nin sürgünlərini gözləməyib 1934-cü ildə öldü.

Yaxşı olmazmı biz Dilçilik İnstitutunda akademik Marrın "Этимология древнеармянского языка" kitablarını Azərbaycan dilində nəşr edək? Bakıda özünə Türk deyənləri sevindirək...

İlhami Cəfərsoy


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol