İrəvanda Putinin pişvazına çıxıblar – KTMT-nin sammitində nələr ola bilər?

Bu gün Ermənistanda Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) növbəti sammiti keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin İrəvana rəsmi səfər edib. Putini hava limanında ölkənin Baş naziri Nikol Paşinyan qarşılayıb.

“AzPolitika.info” xəbər verir ki, sammit çərçivəsində liderlər, xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şurası katibləri səviyyəsində iclaslar təşkil olunacağı planlaşdırılıb.

Gündəlikdə duran əsas məsələlər təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi, sədrliyin rotasiya qaydasına uyğun olaraq yeni nümayəndəyə ötürülməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi olacaq.

Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin və Sülhməramlı Qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması ilə bağlı sıra sənədlərin qəbul ediləcəyi gözlənilir.

KTMT-nin baş katibinin müavini Valeri Semerikov erməni mətbuatına bildirib ki, sammitdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.

"Hazırki vəziyyət nazirlər və dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - Semerikov bildirib.

Onun sözlərinə görə, müvafiq irəliləyişlər var, bu barədə nazirlər səviyyəsində bəyanat veriləcək.

“Ermənistana yardım göstərilməsi üçün KTMT-nin birgə tədbirləri haqqında qərar layihəsi razılaşdırılıb”.

Bunu isə İrəvanda KTMT-nin baş katibi Stanislav Zas qurumun Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib. Onun sözlərinə görə, Qafqaz regionunda Ermənistan hökumətinin və digər iştirakçıların sülh sazişinin əldə edilməsi, sərhədlərin dəqiləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində səyləri müsbət rol oynayır.

“Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır. Böhran Vəziyyətlərinə Cavab Mərkəzi vasitəsilə aldığımız məlumatlar Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların baş verdiyini təsdiqləyir. Qurumun üç növbədənkənar sessiyası - bu ilin may, sentyabr və oktyabr aylarında Ermənistana qarşı yaranan təhlükələrlə bağlı müzakirələrə həsr olunub. Ümumilikdə, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanmış Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırılıb”, - deyə Zas bildirib.

Bu gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistana səfər edib.

“Patruşev İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, əllərində “Birgə” və “Xoş gəlmisiniz” plakatları olan insanlar Qələbə körpüsünə toplaşaraq Putinin pişvazına çıxıblıar. Xatırladaq ki, dünən İrəvanın mərkəzində Rusiya və Putin əleyhinə şüarlar, Ukrayna, Avropa İttifaqı bayraqları qaldırılmış yüzlərlə insan yürüş ediblər.

Xatırladaq ki, 2022-ci ilin yanvarından Ermənistan KTMT-nin sədridir, indi estafet Belarusa veriləcək.

Rasim

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar