DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Qətərdə təşkil olunan DÇ-2022-də beşinci oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, günün ilk matçı G qrupunda baş tutub.

İsveçrə yığması Kamerunu sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən görüşün taleyi ikinci hissədə həll olunub.

Kamerun əsilli Bril Embolonun vurduğu top İsveçrəyə minimalhesablı qələbə qazandırıb. Onun fasilədən az sonra vurduğu qoldan sonra afrikalılar daha böyük qüvvə ilə irəli atılsa da, məğlubiyyətdən xilas ola bilməyib.

Qeyd edək ki, bu qrupun digər matçında Braziliya və Serbiya ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
G qrupu
14:00. İsveçrə - Kamerun - 1:0
Qol:
Bril Embolo, 48

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar