Menu

Müsavatdan çıxarılanlar partiyanın qərargahı qarşısında piket keçirəcəklər

13.11.2014, 16:13

Musavat_logo_Albom_250612Noyabrın 15-də Müsavat Partiyasının mərkəzi qərargahının qarşısında piket olacaq.

Bu barədə APA-ya Müsavat Partiyasından çıxarılan Kamil Xəlilbəyli məlumat verib.

K. Xəlilbəyli bildirib ki, partiya rəhbərliyi tərəfindən haqsızlıqlara etiraz olaraq noyabrın 15-də piket keçirəcək. O, narazı olan digər şəxsləri də piketə qoşulmağa dəvət edib.

Xatırladaq ki, K. Xəlilbəyli dünən Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyanın siyasi xəttinə zidd hərəkət etdiyi üçün Müsavatdan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol