Menu

İki lənkəranlı “Allahın ordusu”na qoşulmaq üçün İran kəşfiyyatçısına iltizam verib

13.11.2014, 16:33
İki lənkəranlı “Allahın ordusu”na qoşulmaq üçün İran kəşfiyyatçısına iltizam verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran rayon sakinləri Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTAALAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər. İttihamın bildirdiyinə görə, Faiq Qurbanov 2013-cü ildə ETTAALAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin F.Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və.s kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Teymur Rzazadə isə ETTAALAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. T.Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.

T.Rzazadə Lənkəranın polis rəsi, sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub böldəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqda məlumatlar toplayaq Qaffariyə ötürüb. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Məhkəmə dindirilən hər iki şəxs özlərini qismən təqsirli biliblər. Məhkəmə prosesi noyabrın 25-nədək təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol