Menu

Türkiyənin müdafiə sənayesinin ixracatı 4 milyard dollar təşkil edəcək

25.11.2022, 20:14
Türkiyənin müdafiə sənayesinin ixracatı 4 milyard dollar təşkil edəcək

Türkiyə müdafiə sənayesi sahəsində dünyada zirvə nöqtəsinə çatana qədər mübarizəsini davam etdirəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə birlikdə iştirak etdiyi Pakistan üçün MİLGEM Korvet Layihəsinin 3-cü gəmisinin suya buraxılması mərasimində bildirib.

O qeyd edib ki, 2002-ci ildə Türkiyədə müdafiə sənayesi sahəsində cəmi 62 layihə həyata keçirildiyi halda, bu gün bu rəqəm 750-ni keçib.

Ərdoğan əlavə edib ki, ilin sonuna qədər isə Türkiyə müdafiə sənayesinin ixracatı 4 milyard dollar təşkil edəcək.

Türkiyə Prezidenti MİLGEM Korvet Layihəsi çərçivəsində 4-cü gəminin 2025-ci ilin fevral ayında Pakistana təhvil veriləcəyini də qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol