Menu

"Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir” - Fuat Oktay

26.11.2022, 13:14
"Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir” - Fuat Oktay

“Regional sabitliyin təmin olunması üçün Ermənistanla normallaşma prosesi başlayıb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisinin iclasında deyib.

O bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir.

F.Oktay söyləyib ki, Türkiyə Ermənistanın otuz il işğal altında saxladığı Qarabağın azadlığa qovuşması yolunda Azərbaycann yanında olub: “Ölkəmiz və millətimizin maraqları nəyi tələb edirsə, onu etdik, etməkdəyik. Azərbaycana Vətən müharibəsində ən böyük dəstəyi verdik. Sonra regionda sabitlik üçün Ermənistanla normallaşma prosesini dəstəkləməyə başladıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol