Millət vəkili Etibar Əliyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Millət vəkili Etibar Əliyev bu gün qərargahında Suraxanı rayonundan olan seçiciləri ilə növbəti görüşünü keçirib. Bu barədə deputat öz "facebook" səhifəsində məlumat verib.

"Qaraçuxur və Yeni Günəşli sakinlərinin, o cümlədən qazilərimizin də iştirak etdiyi görüşdə onları maraqlandıran sualları cavablandırdım və üzləşdikləri problemlərlə bağlı zəzuri qeydlər apardım. Vətəndaşların müraciəti əsasən təhsil, səhiyyə, sosial müdafiə məsələləri, özünüməşğulluq və kommunal xidmət sahələri ilə bağlı idi. Bəzi problemləri yerində həll edə bildim. Qaldırılan problemlərin yerindəcə həllini tapmasında göstərdikləri köməyə görə aidiyyatı qurumların rəhbərlərinə təşəkkür edirəm. Həlli zaman tələb edən məsələlərlə bağlı isə tərəfimdən aidiyyatı qurumlara müraciət edəcəyimi bildirdim" - deyə, depputat qeyd edib.

Millət vəkili onu da qeyd edib ki, ötən dövrlərdə edilmiş müraciətlərin müsbət həllini tapdığına və qazilərimiz müvafiq işlə təmin olunmalarında göstərdiyim dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər.

"AzPolitika.info"









635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar