MÜDAFİƏ NAZİRLİYİNDƏN RUSİYA MN-ə NÖVBƏTİ XƏBƏRDARLIQ - "Bu, yolverilməzdir"

"Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir"

“Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.

27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”, - açıqlamada vurğulanıb.

635x100

Şərhlər

dadaşyev 2022-11-28 00:32:35

Neçə dəfə xəbərdarlıq etsək də xeyri olmayacaq,çünki Laçın dəhlizinə nəzarət bizdə deyil.Nə qədər ki,respublikamıza girişdə o dəhlizə öz postumuzu qoymamışıq,bizim sözümüzü beləcə yavaş-yavaş heç veclərinə də almayacaqlar,özlərininki biləcəklər o torpaqları beş ilin tamamına qədər,sonra gəl çıxart onları oralardan görək necə çıxardırsan..Amma iki il əvvəl bu vaxtlar,təşrif buyurduqları ilk aylarda necə də bizim hər sözümüzə həssaslıqla yanaşırdılar.Addım-addım gəldilər bu hala.Bir addım atdılar,gördülər dinmirik,iki addım atdılar,danışmadıq,üç addım atdılar xətirlərinə dəymədik,dörd addım atdılar araları pozmadıq.Yau kardeşim,daha “yersiz gəldi yerli qaç” oldu ki bu.Sanki dədələrinin torpağıdı,biz deyirik rayonun adı filan cür olmalıdı,heç veclərinə də deyil,yəni özümüz bilərik.Aaaa!Necə yəni özümüz bilərik?Bizim dədə-baba torpağımızda oturub o torpaqları erməniyə pay verməyə hazırlaşırsan?Bizim torpağımızdan niyə,öz torpağından versənə yaxşı adamsansa.Hamam suyuynan özünə dost tutursan?

Son yazılar