Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.
Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında yer alıb.
"Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq.
28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR", - açıqlamada qeyd edilir.


Şərhlər
Ay qardaş bu Volkov Vardanyandan be diger ermenilerden lazımı miqdarda rüşvetini alıb , nedli necabetinin bütün problemlerini hell edib ,her gün ermeniler ona tsldan zaddan verib şstediklerini ona yazdırırlar.Rus herbiçisi ve qanun qayda ve yaxud Haqq Edalet bunlar bir biri ile uzlaşar ya yox.Tebii ki, yox.Aparın ermeniden bir ax artıq yal tökün qabağına siz deyeni yazsın.Guya bu çaqqal bilmir ki ne yazır.
Rusiya,həm terrorçu,həm də vəhşi bir işğalçı dövlətdir...
Xeyri yoxdur.Artıq üzümüzə dik durublar,baş qaldırıblar.Anlatmaq istəyirlər ki,dediksə qatıq qaradı,demək qaradı,vəssalam.Bu hələ ikinci illərinin tamamındadı,daha üç il də keçsə nələr edəcəklər bunlar,Allah bilir.Laçın dəhlizinin girişində öz postumuz olana qədər bizi saymayacaqlar.Bəli,bu artıq saymazlıqlarının göstərişidir.Yalnız Laçın dəhlizinin girişinə yox,o dəhliz boyunca addımbaşı öz postlarımızı qoymalıyıq.Torpaq bizimdirsə kefimiz belə istəyir,deməliyik.Vəssalam.Bunun yolu budur və başqa yolu yoxdur.