Menu

“Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” - MM sədri deputata

29.11.2022, 16:58
“Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” - MM sədri deputata

“Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında deyib.

Deputat söyləyib ki, skuterlərin sürəti 60 km/saatdır.

O bildirib ki, xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının vurulması məcburiyyəti yaranıb: “Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə “Şahin müəllim, skuterin sürətinin göstəricisi var? Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” deyərək münasibət bildirib.

Şərhlər

dadaşyev 2022-11-30 15:08:12

Bəzi deputatların hər halda qaişnik qohumları var deyə istəyirlər küçələrdə hərəkət edən nə ki təkərli vasitələr varsa qaişniklər hamısını saxlaya bilib cibişdanlarını doldursunlar.Elə isə, Şahin müəllim, əlil arabalarına və kolyaskalara da nömrə nişanları qoymağı təklif et.Çünki onların da təkərləri var.Utanmaq lazım deyil. Təklifdi də.Nolsun sürətləri azdı.

dadaşyev 2022-11-29 23:29:55

Həyatlarının gözəl keçdiyi işıqlı çöhrələrindən,qırışsız alınlarından bəlli olan məmurlar əndrəbadi fikirləri əsasən yuxularında görüb sonra cəmiyyətə bəyan edirlər.Çünki bizdə oyaq vaxtı məmurlar yalnız və yalnız öz həyatlarını daha da firavan etmək barədə düşündüklərindən camaatın qayğısına qalmaq barədə düşünməyə vaxtları olmur.Deyir ki,xaricdə skuterlərə fərqlənmə nişanları qoyurlar,odur ki gərək bizdə də bu təcrübədən istifadə olunsun.”Xaric” deyəndə inkişaf etmiş Qərb ölkələrini nəzərdə tutur sözsüz ki.Amma unudur ki,həmin o inkişaf etmiş Qərb ölkələrində skuterlərə fərqlənmə nişanları qoymazdan əvvəl deputatlar həmin o skuter sürənlərin maaşlarının,pensiyalarının ortalama 4000-5000 avro olması qanunlarını qəbul etmək barədə düşünüblər.Ondan sonra mopedlər,skuterlər haqqında qərarlar qəbul ediblər.Niyə həmin o Avropanın yüksək maaş-pensiya təcrübəsini yox,moped-skuter təcrübəsini götürməliyik görəsən hə,Şahin müəllim?Niyə?Bəlkə kasıb ölkəyik,bəlkə büdcəmiz azdı,bəlkə neftimiz-qazımız,balığımız,kürümüz vəsair vəilaxırımız bitib?

dadaşyev 2022-11-29 20:57:43

Allah Allaaah!A balam,hərəkət edən nə varsa nömrə-nişan qoyub dərisini soymalıyıq?Onda atlara,itlərə də nömrə qoyaq,saatda 50 km-dən sürətlə qaçırlar,qaydaları pozan atlar və itlər radara düşəndə tutaq dərisini soyaq,ətini də kolbasnoylara verək.

Watchman 2022-11-29 18:41:51

Bir nəfər də olsun qabiliyyətli spiker görmədik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol