Menu

Bankların dollar alışı 80 milyonu ötüb - İlin əvvəlindən ilk dəfə

01.12.2022, 13:28
Bankların dollar alışı 80 milyonu ötüb - İlin əvvəlindən ilk dəfə

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 82,9 ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 noyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26,9% və ya 17,6 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ilin əvvəlindən etibarən valyuta hərracında bankların tələbi ilk dəfə 80 milyon dolları ötüb. Belə ki, sonuncu dəfə bu il yanvarın 27-də keçirilən hərracda tələb 84,5 milyon dollar təşkil etmişdi.

Şərhlər

Vətəndaş 2022-12-01 13:43:36

AZƏRBAYCANDAN SAXTA YOLLAR İLƏ PUL ÇIXARANLAR CƏZALANMALIDIR. SAHİBKARLARIN ƏKSƏRİYYƏTİ QARA YOLLAR İLƏ KÜLLÜ MİQDARDA PUL ÇIXARIRLAR. VERGİLƏR NAZİRLİYİ HARA BAXIR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol