"Bu, Putinin ən mühüm gəlir mənbəyini kəsəcək” - Amerikalı nazir
Baxiş sayı:
Dərc olunub:
03/12/2022 - 13:08
“Rusiya neftinə yeni qiymət həddi Rusiya Prezidenti Vladimir Putinin maliyyə imkanlarını daha da məhdudlaşdıracaq və onun qəddar işğalı maliyyələşdirmək üçün istifadə etdiyi gəliri azaldacaq”.
“Report” xəbər verir ki, bu barədə BBC ABŞ-ın maliyyə naziri Canet Yellenin bəyanatına istinadən yazıb.
Nazirin sözlərinə görə, Rusiya iqtisadiyyatının onsuz da kiçildiyi və büdcəsinin getdikcə tükəndiyi bir şəraitdə qiymət həddi Putinin ən vacib gəlir mənbəyini dərhal kəsəcək.
Qeyd edək ki, yeni məhdudiyyət ölkələrə Rusiya xam neftinin dəniz ixracı üçün 1 barelə 60 ABŞ dollarından (48 funt sterlinq) çox pul ödəməyə imkan vermir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.