Menu

"Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir" - Nuland

04.12.2022, 00:55
"Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir" - Nuland

"Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir".

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib.

"Baxmutun yaxınlığında baş verənlərə baxın. Birinci Dünya Müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir", - Nuland bildirib.

Dövlət katibinin müavininin sözlərinə görə, bu vəziyyət müdafiə sistemlərini Rusiya silahları ətrafında quran ölkələrin, məsələn, Hindistanın da mövqeyinə təsir edir.

Nuland onu da vurğulayıb ki, Kreml hazırda sülh danışıqlarına tamamilə hazır deyil.

Xatırladaq ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland dekabrın 3-də Ukraynaya səfər edib. O, Prezident Ofisinin rəhbəri Andriy Yermak və ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink ilə görüşüb.

Şərhlər

B.Qarabağlı 2022-12-04 14:52:48

Cənab ABŞ Səfiri, ABŞ və təcrübəli xanım V.Nuland da gündəlik Hərbi Dəstəklə də BMT TŞnın operativ DQMV həllinə zidd Ermənistanın otuz il davam edən Hərbi Soyqırım və İşğal cinayətlərinə qarşı heç də Kəskin Hüquqi mühakiməçi (Kremllə sövdəli) kimi çıxış etməyiblər və etmirlər? Azərbaycana qarşı cinayətlər Beynəlxalq MÜHAKİMƏ olunsaydı, 2008-2014 və bu ilki Kreml müharibələri olmayacaqdılar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol