Aksiya iştirakçıları İran əleyhinə “Azadlıq”, “Ədalət”, “Milli Hökumət”, “Güney Azərbaycan İran deyil” şüarları səsləndiriblər.
Daha sonra İran hakimiyyətinin insanlığa, dinə və əxlaqa sığmayan əməllərdən çəkinməsini və qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasını tələb edən qətnamə oxunub.
Aksiyada eyni zamanda İran hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilən şəxlərin şəkilləri nümayiş olunub və nümayişlərdə həbs olunan gənclərin azad olunması tələb olunub.
İki saat davam edən aksiya insidentsiz başa çatıb.
Qeyd edək ki, İranda etirazlarda 462 nəfər həlak olub. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.
Şərhlər
Aksiya iştrakçılarına qarşıı polis qüvvələrinin yeridilməməsi çox müəmmalıdır........