Yaxın ətrafı Putindən real vəziyyəti gizlədir - ŞOK MƏLUMAT

“Yaxın ətrafı Putindən real vəziyyəti gizlədir, mən belə ondan daha məlumatlıyam”.  

ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns Rusiya tərəfinin Ukraynadakı hərbi əməliyyatları “azaldılmış templə” apardığını və Ukrayna qüvvələrinin qarşıdakı aylarda daha parlaq perspektivlərə malik ola biləcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Kaliforniya ştatının Simi-Velli şəhərində keçirilən Reyqan Milli Müdafiə Forumunda çıxışı zamanı deyib.

Hayns Rusiya prezidenti Vladimir Putinin müşavirlərinin ondan hərbi əməliyyatların inkişafı ilə bağlı xəbərləri gizlətdiyini qeyd edib. ABŞ Kəşfiyyatının rəhbərinin iddiasına görə, Rusiyada hərbçilərin üzləşdiyi problemlərdən onun daha çox xəbəri var.

“Lakin bizə hələ də aydın deyil ki, o bu mərhələdə belə ordusunun hansı problemlərlə üzləşdiyini tam başa düşürmü”, - deyə, Avril Hayns maraqlı sual ünvanlayıb.

635x100

Şərhlər

N.Seyfeli. 2022-12-05 01:41:18

Rus xalqi zombileshib , putinin shexsinde dunya rusiyaya qarshidir.

Son yazılar