Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
Bu barədə məhkəmədən məlumat verilib.
Bildirilib ki, o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.


Şərhlər
Yigdigi servetin aqibetinden naguman getdi.
Bakı ağır cinayətlər məhkəməsini,çox vaxt rüşvətin dəryası adlandırırlar.Burda "salamı rüşvət deyildir deyə almırlar".Ancaq nə faydası?Öləndə heç kəsi aldığı rüşvət Allahın cəzasından qurtara bilmir..
Yerinə ən iddialı namizəd həmin məhkəmənin hakimi Zeynal Ağayevdir.