Menu

"Prezidentin etimadını itirən istənilən şəxsə qarşı güzəşt limiti bitib" - Zahid Oruc

07.12.2022, 11:35
"Prezidentin etimadını itirən istənilən şəxsə qarşı güzəşt limiti bitib" - Zahid Oruc

"Prezidentin etimadını itirən istənilən şəxsə qarşı güzəşt limiti bitib".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev I Qarabağ müharibəsinin nəticələrini beynəlxalq gündəliyə daxil etməkdə israrlıdır.

Deputat bildirib ki, Baş Prokurorluq son illər yeni obrazda Azərbaycan xalqının qarşısna çıxır, ictimai nüfuz və etibar qazanır: "Bu qurumun xüsusilə II Qarabağ müharibəsi dövründə hüquq səngərində göstərdiyi peşəkarlıq döyüş meydanlarında aparılan əməliyyatlar qədər vacib idi. Baş Prokurorluğun Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün dövlət başçısının tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən qiymət verməsi mühüm hadisə idi. Əlbəttə, hərbi sistemdə mövqe tutan şəxslərin, o cümlədən həmin əməllərə anındaca qiymət verməli olan istintaq qrupunun və hakimlərin ağır mirası indi yüzlərlə ailənin, cəmiyyətin ədalətli qərarı ölkə rəhbərindən gözləməsinin başlıca səbəbidir. Prezidentin etimadını itirən, rütbəsindən və mövqeyindən asılı olmayaraq, hər kəsə qarşı güzəşt limiti bitib".

Şərhlər

Cəmşid Dərələyəzli 2022-12-08 07:32:50

Uzun illərdir Milli Məclisdə oturan Əli Əhmədovun bu "əsərcikləri" herden öz olmayan varlıqlarını göstərmək üçün belə çıxışlar edirlər. Amma olmayan bu varlıqlar anıamırlar ki, hakimiyyət qollarının öz müstəqil funksyalarına qayıtmaları üçün müstəqil olmaları şərt. Bunun üçün isə Konstitusiyada deyişilikler edib, Zahidlərin oturduqları yarımçıq doğulmuş bu məclisi buraxıb, referenduma və yeni seçgilərə gedib sistemi dəyişmək lazımdır. O sistem ki, Ölkə başçısı özü belə artıq bu sistemin köhnəldiyini bir zad dilə gətirmişdir.

Müstəcəb Münəccimli 2022-12-07 12:51:22

CƏNAB Z.Oruc, şəxsən Sizin və MM erməni terrorçüların məhv etdiyi doğma İnsan Hüquqlarının bərpasına yönəlmiş qəti qətnamələriniz iki ildir gecikmədədir? Lütfən, öz işinizlə məşğul olun-təcili Qarabağda Azərbaycanın razılaşma ilə yox edilmiş Müstəqil hüququnun bərpasına qanuni qətnamə verəsiniz?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol