“Yazda Sevastopol, Donetsk və Luqanskda olacağıq”- Danilov

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov kifayət qədər optimist və iddialı bəyanatla çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri günü münasibətilə öz “tvitter” səhifəsində paylaşım edən Danilov artıq yaz aylarında Ukraynanın Krım və Donbas daxil olmaqla, bütün işğal altındakı əraziləri azad edəcəyini bildirib: “6 dekabr 1919-cu ildə Ukrayna Xalq Respublikası Ordusunun qış yürüşü başlamışdı. O, 6 dekabr 2022-ci ildə davam edir və yazda Sevastopol, Donetsk və Luqanskın azad edilməsilə bitəcək. Ukrayna qışı müstəqillik uğrunda böyük savaşın həlledici mərhələsi olacaq”.

Xatırladaq ki, bundan öncə Ukrayna hərbi kəşfiyyatının başçısı Kirill Budanov da Ukraynadakı müharibənin həlledici məqamının çatdığını bəyan edib. Budanov deyib ki, qışda müharibə bir qədər səngisə də, yazda Ukrayna bütün ərazilərini işğaldan tam azad edəcək.

C.Məmmədov

“AzPolitika.info”     

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar