Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəhbərliyinin siyahısından çıxarılıb.
“AzPolitika.info” xəbər verir ki, hazırda Naxçıvan Dövlət Universitetinin saytında beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsi bölməsi boşdur.
Qeyd edək ki, Seymur Talıbovun bu vəzifədən çıxdığı haqda məlumat daha öncə yayılsa da, Naxçıvan Dövlət Universitetindən təkzib edilmişdi.
Xatırladaq ki, S.Talıbov 2016-ci ildən Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyirdi.
“AzPolitika.info”



Şərhlər
İndi deyirəm, Allah işini avand eləsin. Təhsilinə, savadına görə bacaracağı bir işin qulpundan tutsun. Güman edirəm ki, çalışsa özünə uyğun iş tapacaq. Dədəsinə umudlu olan atdan tez düşər. Gec də olsa Seymur bəyə hörmətim artdı